ABŞ Prezidenti Donald Tramp elan edib ki, iyulun 4-dən onun administrasiyası ticarət tərəfdaşlarına avqustun 1-dən etibarən Birləşmiş Ştatlara mal tədarükü üçün ödəməli olacaqları rüsumların məbləği barədə məlumatlar göndərməyə başlayacaq.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” “Bloomberg”ə istinadən məlumat yayıb.
Bəzi hallarda rüsumlar 60-70 %, bəzi hallarda isə 10-20 % təşkil edəcək.
“Düşünürəm ki, iyulun 9-na qədər hər şeyi edəcəyik”, – D.Tramp jurnalistlərə bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.