Futbol üzrə Türkiyə Superliqasının 2025/2026 mövsümünün püşkü atılıb.
“Report” xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” I turda səfərdə “Kayserispor”la üz-üzə gələcək.
“Fənərbağça” evdə “Alanyaspor”u sınağa çəkəcək.
Son çempion “Qalatasaray” isə səfərdə “Qaziantep”in qonağı olacaq.
VIII turda “Qalatasaray” – “Beşiktaş”, XI turda “Beşiktaş” – “Fənərbağça”, XIV turda isə “Fənərbağça” – “Qalatasaray” matçları gerçəkləşəcək.
Qeyd edək ki, Superliqada yeni mövsümə avqustun 8-də start veriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.