Türkiyə XİN: İraq siyasi elitasında və dövlət idarəçiliyində türkmənlər təmsil olunmalıdır

Türkiyə Xarici İşlər Nazirliyi İraqın Kərkük bölgəsindəki hadisələri yaxından və həssaslıqla izləyir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə xarici siyasət idarəsinin sözçüsü Öncü Keçeli “X” sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, İraq siyasi elitasında və dövlət idarəçiliyində türkmənlər təmsil olunmalıdırlar:

“Bu məsələ Kərkük başda olmaqla Əyalət Şurasında və bütün ictimai qurumlara ediləcək təyinatlar və tapşırıqlar kontekstində önəmlidir”.

Qeyd edək ki, İraqın Kərkük bölgəsində türkmənlərin sıx yaşadığı Altunköprü rayonunda bələdiyyə sədri dəyişikliyində türkmənlərin yer almaması yerli əhalinin reaksiyasına səbəb olub. Yüzlərlə türkmən yerli hökumətdən kənarda qaldıqlarını əsas gətirərək nümayişə başlayıb.

Bu hadisələrdən sonra KərkükDƏKİ yerli hökumət rayondakı bütün qurum və təşkilatlarda vəzifə bölgüsünü nəzərdən keçirmək üçün komissiya yaratmağa qərar verib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More