Avropa çempionu olmuş atletə xərçəng diaqnozu qoyulub

Şimali İrlandiyadan olan atlet Kira Maqiana xərçəng diaqnozu qoyulub.

“Report” xəbər verir ki, 33 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.

O, artıq müalicəyə başladığını bildirib və dəstək olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Kira Maqian 2024-cü ildə İtaliyanın paytaxtı Romada keçirilmiş Avropa çempionatında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, 2022-ci ildə gümüş, 2016-cı ildə bürünc mükafata sahib çıxıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More