“Formula 1”: Ferstappen Britaniya Qran-prisinin sıralama turunda qalib gəlib

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün 12-ci mərhələsi – Böyük Britaniya Qran-prisinin sıralama turunda qalib gəlib.

“Report” xəbər verir ki, yarış “Silverston” avtodromunda keçirilir.

İkinci yeri “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri tutub, ilk “üçlüy”ü onun komanda yoldaşı, britaniyalı Lando Norris qapayıb.

Əsas yarış iyulun 6-da keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More