Fransada tətili səbəbindən yüzlərlə reys ləğv edilib

Fransada aviadispetçerlərin tətili səbəbindən yüzlərlə reys ləğv edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, iş şəraitinin yaxşılaşdırılmasını tələb edən fransalı aviadispetçerlərin tətili Avropada yay turizm mövsümünün qızğın çağında əsl nəqliyyat xaosu yaradıb.

Fransa Mülki Aviasiya Baş İdarəsinin aviaşirkətlərdən Şarl de Qoll, Orli və Bove hava limanlarında reyslərin 40 %-nin, Nissada 50 %-nin, Marsel, Lion və digər şəhərlərdə isə 30 %-nin ləğvini tələb etməsindən sonra vəziyyət daha da pisləşib.

Bildirilib ki, qabaqlayıcı tədbirlərə baxmayaraq, bütün Fransa hava limanlarında fasilələrin gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More