Fransalı hücumçu “İnter”ə keçib

Fransalı futbolçu Anj-Yoan Bonni İtaliyanın “İnter” klubuna keçib.

“Report” xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu üçün “Parma”ya 23 milyon avro ödənilib. Forvadla 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Bonni 2021-ci ildən İtaliya klubunda çıxış edir. O, ötən mövsüm A Seriyasında 37 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More