Misirdə mikroavtobusların toqquşması zamanı doqquz nəfər ölüb, xəsarət alanlar var

Misirn paytaxtı Qahirənin şimalında yerləşən Əl-Minufiya əyalətində iki mikroavtobusun toqquşması nəticəsində doqquz nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Masry Al Youm” qəzeti məlumat yayıb.

Qəzanın Qahirədən İsgəndəriyyəyə gedən yolda baş verdiyi bildirilir.

“İlkin məlumatlara görə, hadisə nəticəsində doqquz nəfər həlak olub, 11 nəfər yaralanıb. Səlahiyyətli orqanlar isə Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla yaralananlar və ölənlər barədə yekun məlumatların hesablanmasını davam etdirirlər”, – məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, zərərçəkənlərə tibbi yardım göstərilib. Əlavə edilir ki, ölənlərin ailələrinə və zərərçəkənlərə psixoloji yardım göstərilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More