Oğuzda qadın sürücü qəza törədib, xəsarət alanlar var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev və Cavanşir küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Türkanə Mehman qızı Kosayevanın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə 1989-cu il təvəllüdlü Tərlan Qnyaz oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More