Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib

Qazaxıstan xarici işlər nazirinin (XİN) müavini Roman Vasilenko Avropa İttifaqı (Aİ) və NATO yanında Qazaxıstan Respublikasının Nümayəndəliyinin rəhbəri təyin edilib.

Bu barədə “Report” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

R.Vasilenko, həmçinin Qazaxıstanın Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib.

Daha əvvəl bu vəzifələri Baymuxan Marqulan Bakıtulı tutub. O, dövlət başçısının fərmanı ilə tutduğu vəzifələrdən azad edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More