Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib

Bu gün Şuşa şəhərində ilk dəfə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

“Report” xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Yuxarı Gövhər ağa məscidində baş tutub.

Qanvermə aksiyasında ümumilikdə 50 nəfər iştirak edib.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub. Aksiya müddətində 2 696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213,2 litr qan tədarük olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More