Tramp: İran uranın zənginləşdirilməsindən imtina etməyib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə proqramının beynəlxalq yoxlamalarına razılıq verməyib və uranın zənginləşdirilməsindən imtina etməyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu prezident Nyu-Cersiyə gedərkən təyyarədə jurnalistlərə bildirib.

“Deyərdim ki, onların proqramı həmişəlik dayandırılıb. Əgər onlar yenidən başlamağa cəhd etsələr, böyük ehtimalla, başqa bir obyektdə olacaq. Əgər başlasalar – bu problem olacaq”, – D.Tramp qeyd edib.

ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, İranın nüvə proqramının bərpasına imkan verməyəcək.

Qeyd edək ki, İran parlamenti artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın nüvə infrastrukturunun təhlükəsizliyi və toxunulmazlığı təmin edilənə qədər dayandırılması haqqında qanun qəbul edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More