ABŞ-nin Texas ştatında aramsız yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 32 nəfər ölüb.
“Report”un “NBC News”a istinadən verdiyi məlumata görə, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında bildirib.
“İndi bizə 32 nəfərin ölümü məlumdur. Onlardan 18-i böyüklər, 14-ü uşaqdır”, – Leyta bildirib.
Şerif axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl təbii fəlakət nəticəsində 27 nəfərin öldüyü bildirilirdi.
Texasın qubernatoru Qreq Ebbott da öz növbəsində son 36 saat ərzində 850-dən çox insanın təxliyə edildiyini bildirib. O, bundan əvvəl ABŞ Prezidenti Donald Trampdan ştatda fəlakət vəziyyəti elan olunmasını xahiş edib. Mətbuat konfransında iştirak edən ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Trampın Ebbottun istəyini təmin etmək niyyətində olduğunu açıqlayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.