ABŞ qırıcıları Trampın qolf klubu üzərində mülki təyyarəni ələ keçirib

ABŞ Prezidenti Donald Trampın getdiyi Nyu-Cersi ştatının Bedminster şəhərində mülki təyyarənin qolf klubunun üzərində məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.

“Report”un xəbərinə görə, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının nümayəndələri məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, qırıcı təyyarələr Bedminster üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçirib. Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib. Hərbçilər mülki təyyarənin “bölgədən təhlükəsiz şəkildə çıxarıldığını” açıqlayıb.

Tramp daha əvvəl də sahibi olduğu qolf klubuna gedib. ABŞ liderinin iyulun 5-də heç bir ictimai tədbiri yoxdur. ABŞ Prezidenti həftə sonlarını tez-tez bu qolf klubunda keçirir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More