Avropa çempionatı: Azərbaycanın basketbolçu qızlardan ibarət millisi Litvaya məğlub olub

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi üçüncü oyununda da uduzub.

“Report” xəbər verir ki, millimiz Litvaya məğlub olub – 31:82.

Təmsilçimiz qrupda növbəti matçını iyulun 8-də İslandiya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki matçında Bosniya və Herseqovina yığması üzərində qələbə (83:81) qazanıb. Ukraynaya isə məğlub olub – 65:78.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More