Berezinadakı partlayışlarda “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələri cidd zərər görüb

Ukraynanın Jitomir vilayətinin Berezina kəndində partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsi cidd zərər görüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev-Jitomir yolunun hər iki tərəfində yerləşən yanacaqdoldurma məntəqələri kəndin təxminən bir kilometrliyindədir.

Sakinlərin bildirdiyinə görə, kəndin girişində mebel fabrikində və digər müəssisələrdə olan partlayışlar həyəcan siqnalları verilmədən, anidən baş verib. Bunun Rusiya ordusuna məxsus diversiya qrupları tərəfindən törədildiyi ehtimal olunur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More