Gürcüstanda məşhur iş adamı saxlanılıb

Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, biznesmen qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda ittiham olunur.

O, Tbilisi hava limanında saxlanılıb.

Qeyd edək ki, Ramişvili ölkənin ən böyük telekommunikasiya şirkəti olan “Silknet Group”un, habelə “Euronews Georgia”, “Silk Road Group” və digər şirkətlərin sahibidir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More