İsrail HƏMAS-ın dəniz qüvvələrinin komandirini zərərsizləşdirdiyini açıqlayıb

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS dəniz qüvvələrinin komandirini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü məlumat yayıb.

“HƏMAS-ın dəniz bölməsinin komandiri, terrorçu Rəmzi Ramdan Abed Əli Salehi öldürülüb”, – məlumatda deyilir.

Məlumata görə, zərbə zamanı HƏMAS-ın minaatan bölməsinin komandir müavini Hişam Mənsur və minaatan bölməsinin bir silahlısı da daxil olmaqla, bir neçə hərəkat üzvü öldürülüb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More