İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini qəbuledilməz sayır

Fələstinin radikal HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi dəyişikliklər İsrail üçün qəbuledilməzdir.

“Report”un İsrailin “Ynet” portalına istinadən verdiyi məlumata görə, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun Ofisinin bəyanatında deyilir.

“HƏMAS-ın Qətər təklifinə etdiyi düzəlişlər bizə ötürülüb və İsrail üçün qəbuledilməzdir”, – bəyanatda deyilir.

Ofisdən əlavə edilib ki, Netanyahu dolayı dialoq formatında danışıqlara dəvətə cavab verməyi və Qətər təşəbbüsü əsasında girovların qaytarılması ilə bağlı təmasları davam etdirməyi tapşırıb. İsrailin nümayəndə heyəti bununla əlaqədar iyulun 6-da təyyarə ilə Qətərə görüşə uçacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More