Qəzzada atəşkəs razılaşması ABŞ-nin İsrail və HƏMAS-ın hərbi əməliyyatları bərpa etməyəcəyinə dair zəmanətini ehtiva edəcək.
“Report” xəbər verir ki, bu barədə “Sky News Arabia” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qəzzada atəşkəs sazişi layihəsi İsrail qoşunlarının yenidən yerləşdirilməsi və sonradan anklavdan çıxarılmasını nəzərdə tutur.
“Qəzza razılaşması ABŞ-nin 60 günlük atəşkəs müddətində və ya ondan sonra hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərini ehtiva edir. Bundan əlavə, Qəzza atəşkəs razılaşması İsrail Ordusunun geri çəkilməyə hazırlıq məqsədilə yenidən yerləşdirilməsinə dair razılaşdırılmış planı da əhatə edəcək”, – məlumatda deyilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.