Klublararsı dünya çempionatında yarımfinal matçı üçün biletlərin qiyməti 35 dəfədən çox ucuzlaşıb

Klublararası dünya çempionatında İngiltərənin “Çelsi” və Braziliyanın “Fluminense” klubları arasında keçiriləcək yarımfinal matçı üçün biletlərinin qiyməti 35 dəfədən çox ucuzlaşıb.

“Report”un “The Athletic”ə istinadən məlumatına görə, 72 saat əvvəl 473,9 dollar qiyməti olan standart biletlərin qiyməti 13,4 dollara düşüb.

Bunun, stadionda satılan yeməklərin (15 dollar) və içkilərin (14 dollar) qiymətindən də aşağı olduğu bildirilib.

Qeyd edək ki, “Çelsi” “Fluminense” ilə iyulun 8-də qarşılaşacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More