Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb

Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolundan keçərkən onu yük qatarı vurub. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More