Macarıstanda avtobus qəzası nəticəsində 19 nəfər xəsarət alıb

Macarıstanda ukraynalıları daşıyan avtobus qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna səfirliyinin konsulluq şöbəsi məlumat yayıb.

Hadisə Kunszentmarton və Tiszaföldvar şəhərləri arasındakı yolda qeydə alınıb.

Qəza nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 17-i azyaşlıdır. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More