Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub

Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.

“Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib”, – təşkilatın saytında dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və ləğv edilməsi azı 75 min sərnişinin planlarına təsir edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More