Qazaxda minik avtomobili aşıb, ölən var

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib. Qeyd edək ki, o Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More