“Real” İspaniya klubları arasında 23 illik rekordunu yeniləyib

2025 FİFA Klublararası Dünya Çempionatının 1/4 final matçında “Borussiya”nı 3:2 hesabı ilə məğlub edən “Real Madrid” bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib.

“Report” bu barədə “One Football”a istinadən xəbər verir.

Məlumata görə, bu görüş “Real Madrid” üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.

“Kral klubu” 2001/2002 mövsümündə 66 oyun keçirib. Tarixdə ən yaxşı nəticə isə 2009/2010 mövsümündə “Atletiko”ya və 2011/2012-ci illərin heç-heçəsində “Barselona”ya məxsusdur – hərəyə 64 matç.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More