Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var

Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) “An-2” təyyarəsinin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

“Report”un xəbərinə görə, bu barədə TASS-a regionun səhiyyə naziri Oksana Nemakina məlumat verib.

Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, digər 8 nəfərin vəziyyəti orta ağırdır.

Nazir əlavə edib ki, həkimlər yaxın bir neçə saat ərzində bütün yaralıları müayinə edəcəklər.

Fövqəladə Hallar Nazirliyinin Zabaykal diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bundan əvvəl An-2 təyyarəsinin Çita rayonunda sərt eniş etdiyini bildirib. Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və 1 ekipaj üzvü olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More