Rusiyanın Gənclər Liqasının XIII turunda ÇSKA və “Lokomotiv” klubları arasında keçirilən görüş kütləvi dava ilə yekunlaşıb.
“Report”un Rusiya mətbuatına istinadən məlumatına görə, futbolçular və məşqçilər arasında baş verən davada ümumilikdə 40-dan çox adam iştirak edib.
Nəticədə ÇSKA-dan beş, “Lokomotiv”dən isə üç futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, görüş ÇSKA-nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.