Yaponiyada naməlum şəxs barda iki qadını bıçaqlayıb

Yaponiyanın Sidzuoki prefekturasının Hamamasu şəhərində naməlum şəxs barın iki qadın əməkdaşını bıçaqlayıb.

“Report” xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Hər iki qadın xəstəxanaya aparılıb, həkimlər onların öldüyünü bildiriblər.

Polis hücumla bağlı şübhəli şəxs qismində barda çalışan 41 yaşlı İçyro Yamasitunu həbs edib. O, əməlini etiraf edib. Lakin qatilin hərəkətinin motivi hələlik açıqlanmayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More