Zelenski: Ukrayna Rusiya ilə əsas məhbus mübadiləsinin səkkiz mərhələsini başa vurub

Ukrayna böyük məhbus mübadiləsi çərçivəsində yüzlərlə vətəndaşını evlərinə qaytara bilib.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

“Böyük mübadilənin səkkiz mərhələsi. İyunun əvvəlindən yüzlərlə insanımız vətənə qayıdıb. Gənclərimiz, Mariupolun müdafiəçiləri, Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində cəbhəni qoruyanlar. Yaralılar, ağır xəstələr. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə idi”, – o qeyd edib.

Ukrayna lideri geri qaytarılanlar arasında təkcə hərbi qulluqçuların deyil, mülki şəxslərin də olduğunu vurğulayıb.

“Biz istisnasız olaraq hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik”, – Zelenski əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More