Rusiya ordusunun Xarkov və Zaporojyeyə zərbələri nəticəsində dörd hərbçi yaralanıb

Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Xarkov vilayət Komplektləşdirmə və Sosial Dəstək Mərkəzinin binası, həmçinin Zaporojye vilayət TCC və SP-nin yaxınlığındakı bina zədələnib.

Report“un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatında deyilir.

İlkin məlumatlara görə, Zaporojye vilayət TCC və SP-nin hərbi qulluqçuları arasında yaralı var, Xarkov OTCC və SP-də isə üç nəfər yaralanıb.

Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More