Sərbəst güləş komandasının böyük məşqçisi: İdmançılarımızın səhvləri oldu

Güləşçilərimiz Avropa çempionatında ikinci oldular. Nəticə daha yaxşı ola bilərdi.

“Report” xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləşçilərinin böyük məşqçi Arif Abdullayev deyib.

O bildirib ki, idmançıların səhvləri olub: “Bu səhvlərin üzərinə işləyəcəyik. Qarşıda bizi dünya çempionatı gözləyir. Düşünürəm ki, idmançılarım bu yarışa qədər səhvlərini düzəldəcəklər”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More