ABŞ Prezidenti Serbiyadan idxala 35 % rüsum tətbiq edir

ABŞ avqustun 1-dən Serbiyadan idxala 35 % rüsum tətbiq etmək qərarına gəlib.

“Report” xəbər verir ki, Serbiya lideri Aleksandar Vuçiçin adına müvafiq mesajı ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yerləşdirib.

Sənəddə bildirilir ki, Serbiya hakimiyyəti Vaşinqtona cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Serbiya üçün tarif dərəcəsini artıracaq. Tramp xəbərdarlıq edib ki, bu, Belqradın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.

Bundan əlavə, Amerika lideri Tunis (bu ölkə üçün tarif faizi 25 %-dir), Bosniya və Herseqovina (30 %), İndoneziya (32 %), Banqladeş (35 %), Kamboca (36 %) və Tailand (36 %) liderlərinə də tariflərin tətbiqi ilə bağlı bildirişlər göndərib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More