“Bavariya” Luis Diasla müqavilə şərtlərini razılaşdırıb

Almaniyanın “Bavariya” klubu “Liverpul”un (İngiltərə) vingeri Luis Diasla müqavilə şərtlərini razılaşdırıb.

“Report” “Bild”ə istinadən xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçunun Liverpul təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Qeyd edək ki, L.Dias 2024/2025 mövsümündə “Liverpul”un heyətində 50 matç keçirib, 17 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More