İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 060 nəfərə çatıb.
“Report”un xəbərinə görə, bu barədə İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi İran dövlət televiziyasında məlumat verib.
“Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1 060 nəfəri dəfn etdik”, – məmur bildirib.
Bundan əvvəl İslam Respublikası ərazisinə endirilən zərbələr nəticəsində 935 nəfərin öldüyü bildirilirdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.