Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.

“Report”un məlumatına görə, İsrailin Nazirlər Kabinetinin rəhbəri bunu Ağ Evdə Amerika lideri ilə görüşdə deyib.

“Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız”, – Netanyahu deyib.

O əlavə edib ki, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More