Paşinyan kilsənin azad edilməsi hərəkatına şəxsən rəhbərlik etmək niyyətində olduğunu bəyan edib

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Eçmiadzin Kilsəsi (II Qaregin) antixristian, əxlaqsız, antimilli və antidövlət qrupu tərəfindən ələ keçirilib.

“Report” xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkələrdə yazıb.

N.Paşinyanın sözlərinə görə, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More