Rubio: Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə bağlanacaq

ABŞ yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunacağına ümid edir.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.

“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, – o bildirib.

Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında münaqişənin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More