“Elektrik Şəbəkələri” QSC-nin Direktorlar Şurasının sədri Narek Karapetyan (həbs edilmiş iş adamı Samvel Karapetyanın qardaşı oğlu) polis bölməsinə aparılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səhər saatlarından N.Karapetyanın evində axtarışlar aparılıb. İstintaq hərəkətləri İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsi, həmçinin İrəvan İstintaq İdarəsi tərəfindən qaldırılmış cinayət işləri çərçivəsində həyata keçirilib.
O, həbs edilməzdən əvvəl jurnalistlərə baş verənlərə hazır olduğunu bildirib.
“Hüquq-mühafizə orqanlarının addımları gözlənilən idi. Əvvəlki iş üzrə heç nə tapa bilmədilər, indi yenisini açıblar. Görünür, mitinqdə iştirak etdiyimə görə. Bu, normaldır. Qoy özləri qərar versinlər, bundan qazandılar, yoxsa uduzdular”, – N.Karapetyan əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.