Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapılıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.

Faktla bağlı araşdırmaya başlanılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More