Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirib.
Mərkəzdən “Report”a verilən xəbərə görə, tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.
“Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur.
Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüsseri Shaul Siman-Tovdur (İsrail), operatorları isə Royal Quluzadə, Vusal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).



Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.