Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
“Report” AFFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, o, turnirin I təsnifat mərhələsində baş tutacaq “Dila” (Gürcüstan) – “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.