Bakıda ŞOK cinayət – 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi

Bakıda tanış olduğu 13 yaşlı qızla münasibətdə olan şəxs həbs edilib. Məlum olub ki, həmin şəxs qızın videosunu da çəkərək tanışları arasında yayıb.

Turkustan.az-ın xəbərinə görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.

31 yaşlı Qafar (ad şərtidir) instaqram sosial şəbəkəsində tanış olduğu 2011-ci il təvəllüdlü, 14 yaşı tamam olmamış Laləni (ad şərtidir) aldadaraq onunla münasibətdə olub.

Qafar Laləni Badamdarda yerləşən “Joker” oyun klubuna və həmin qəsəbədə olan evə apararaq onunla münasibətdə olub və bunu gizli şəkildə videoya çəkib. Sonra isə həmin videogörüntüləri tanışlarına göndərib.

Videolar sosial şəbəkələrdə yayıldıqdan sonra Qafar polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Maddi sübut kimi götürülən görüntülərdən də aydın olur ki, Lalə çəkiliş etməməsini istəsə də, Qafar buna məhəl qoymayıb. Həmin görüntüləri heç kimə göndərməyəcəyini deyib.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Qafar Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 156.1-ci (Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması) maddələri ilə ittiham olunur.

İş üzrə prokurorluqda araşdırma aparılır. /Musavat.com/









Mənbə: Turkustan.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More