Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
“9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!”, – paylaşımda deyilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.