Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ermənistanın müdafiə naziri Suren Papikyan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə ilə telefon danışığı aparıb.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər. Regionda sabitliyin və sülhün möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More