Ermənistanın baş naziri Nikol Paşinyan BƏƏ-yə işgüzar səfərə gedib.
“Report” xəbər verir ki, bu barədə erməni KİV-ləri hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedir.
“Report” erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək”, – o qeyd edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.