ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Rusiyanın Ukraynaya zərbələri zamanı kimyəvi silahdan istifadə etməsi ilə bağlı mövcud məlumatları Donald Trampa təqdim etməyə hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bunu C.Ratkliff Ağ Evdə keçirilən iclasda bildirib.
“Əgər kimyəvi silahdan sənədləşdirilmiş istifadə varsa, bu, qeyri-qanunidir və bütün beynəlxalq silahlı münaqişə qaydalarını və razılaşmaları pozur. Və mən burada sizə kəşfiyyat məlumatlarını təqdim edə bilmərəm. Ancaq siz, şübhəsiz ki, kimsəyə beynəlxalq hüququ pozmağa icazə verməyəksiniz”, – MKİ direktoru Trampa deyib.
Tramp bunun doğru olduğunu söyləyib.
Xatırladaq ki, iyunun 26-da Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Ukrayna ərazisinə üçüncü texniki missiyası ilə bağlı hesabatında döyüş bölgəsində toplanmış nümunələrdə zəhərli maddənin aşkar edildiyini açıqlamışdı. Mütəxəssislərin qənaətinə görə, təqdim olunan nümunələrin hamısında hərbi məqsədlər üçün istifadə edilə bilməyən gözyaşardıcı qazın izləri var.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.