Zaxarova: Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır

Rusiya Azərbaycanla hüquq-mühafizə strukturları xətti ilə işçi əlaqə saxlayır.

Report-un Rusiya bürosunun məlumatına görə, bunu brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, yaranan məsələləri siyasi-diplomatik yolla həll etmək lazımdır.

“Belə mövzulara təmkinli və məsuliyyətli yanaşmağın, qarşılıqlı hörmət və hüquqi mexanizmlərin rəhbər tutulmasının vacibliyini vurğulayırıq”, – deyə o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More