Arnold Çua: Qarabağ bərpa olunur və gələcəyə inamı artır

Azərbaycanın Qarabağ regionu bərpa olunur və gələcəyə ümidi artır.

“Report”un əməkdaşı xəbər verir ki, bunu filippinlı səyyahı Arnold Çua Ağdam şəhərində deyib.

“Bu, mənim Qarabağa ilk səfərimdir. Görünür ki, burada inkişaf düzgün istiqamətdə gedir – yollar çəkilir, yeni gələcəyin formalaşdığı hiss olunur. Bu, ümid verir”, – o bildirib.

A.Çua vurğulayıb ki, faciəli keçmişə baxmayaraq, bölgə tədricən dəyişir: “İnkişafı görəndə, başa düşürsən ki, keçmişin yaraları sağalmağa başlayır. Keçmiş unudulmayıb, lakin onun ağrısı yavaş-yavaş çəkilir”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More