Şuşadan İrlandiya, Kanada və ABŞ-yə ilk dəfə açıqcalar göndərilib

MTP (“Most Traveled People”) klubunun səyyahı Devid Cozef Lanqan ilk dəfə Şuşa şəhərindən birbaşa İrlandiya, Kanada və ABŞ-yə poçt açıqcaları göndərib.

“Report”un əməkdaşı xəbər verir ki, bu, Şuşa şəhərinin azad edilməsindən sonra ilk beynəlxalq poçt göndərişi olub.

Bundan başqa, klubun səyyahı Rhodora Burton Leqaspi ilk dəfə Şuşadan Nyu-Yorka açıqca göndərib.

Açıqcalar şəhərin poçt şöbəsindən göndərilib.

Foto: Məhəmməd Ağayev

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More